YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» təşviqat qrupunun gənc fəalları Yasamal, Nəsimi və Səbail rayonlarında kütləvi şəkildə seçicilərə çağırış xarakterli əyani vəsaitlər paylayıblar

«Yeni Azərbaycan» referendum üzrə  təşviqat qrupunun   Yasamal, Nəsimi, Səbael rayon şöbələri təbliğat kampaniyası çərçivəsində  seçicilərə əyani vəsaitlər paylayıblar.

Siyasi kampaniyaları Seçki Məcəlləsində nəzərdə tutulan mərhələlər üzrə,  demokratik şəraitdə həyata keçirən,  ümumxalq səsverməsinin təbliğat kampaniyasına «Həmrəy olaq, «HƏ» deyək»   devizi ilə başlayan «Yeni Azərbaycan» referendum üzrə  təşviqat qrupunun   rayon şöbələri seçicilərlə görüşlərini mütəşəkkilliklə  davam etdirilər.

 Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra  ölkədə baş verən, ictimai-siyasi həyat tərzini daha da yaxşılaşdıran iqtisadi inkişaf, Azərbaycanın çoxsaylı konvensiyalara qoşulması, seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan islahatlar, bu istiqamətdə qəbul olunan qərarlar Ali Qanunumuza əlavə və  dəyişiklikləri  zəruri etmişdir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla 26 sentyabrda keçirilməsi nəzərdə tutulan «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı»nda  da   sosial yönümlü,  ölkənin iqtisadi inkişafının daha da sürətlənməsinə, hüquqi sistemin təkmilləşdirilməsinə , demokratikləşmə proseslərinin dərinləşməsinə  təkan verəcək  siyasi islahatlara, dəyişiklik və əlavələrə  xüsusi diqqət yetirilib.
Bu gün Azərbaycan daha  sürətli inkişaf mərhələsindədir və bu sürət tempinin istənilər qanunlar toplusunda əksini tapması yeniləşməyə,  qanunlarımızın yeni standartlara,  tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır.  Daha doğrusu sosial sifariş kimi  ortaya çıxan,  müxtəlif istiqamətləri, sahələri əhatə edən dəyişikliklər yeni nəslin hüquqlarının müasir aspektdə  bərqərar olmasına xidmət edir.

  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal, Səbail, Nəsimi rayon şöbələrinin  fəalları , xüsusilə  gənclər seçilərlə bilavasitə görüşərək  onlara «Azərbaycan Respublikasının Konstitusiyasına  dəyişikliklər edilməsi haqqında» Azərbaycan  Respublikasının Referendum Aktı layihəsini,  ümumxalq səsverməsinə aid broşurlar,  digər əyani vəsaitlər paylamışlar.  Seçicilərlə söhbət  zamanı  bildirilmişdir ki, layihədə nəzərdə  29 maddənin 23-də dəyişiklik edilməsi , 6 maddənin isə Konstitutusiyaya əlavə  olunması dövrün tələbindən irəli  gələn zərurətdir. Azərbaycan da 25 ildə   iqtisadi inkişafı, dünya  birliyinə inteqrasiyası ilə mühüm  nailiyyətlərə imza atmış, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi böyük nüfuz qazanmış,  bazar iqtisadiyyatına keçməklə  şərəfli yol keçmiş, uğurlar qazanmışdır. Amma zamanın  inkişaf sürətinə  uyğun  yeni islahatlara, idarəetmə sisteminin formalaşmasına tələbat  qaçılmazdır.

Layihə ilə tanşı olan seçicilər  birmənalı olaraq bildirdilər ki, dövlətlərin ali, hüquqi bazası olan Konstitusiyalara   zamanın tələbinə uyğun  edilən dəyişikliklər    ölkələrin inkişafını tarazlayan hüquqi əsaslara malikdir və zəruridir.  Xalqın arzu və istəklərinə, dövlətlərin suverenliyinə əsaslanan referendum demokratiya və dövlət quruculuğu tarixində maraqlı formalardan olmaqla ölkə əhalisinin iradəsi ilə nəticələnir.  Ümum rəy budur ki,  Azərbaycanda sosial ədalət prinsiplərinə əsaslanan  ümumxalq səsverməsi  müasir tariximizin mühüm mərhələsidir.