YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Sebastian Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəmizə sərmayə yatırtmaqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu da deyib.

Nazir Elmar Məmmədyarov ölkəmizin Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib.

ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həllinə səylər göstərəcəyini bildirən Sebastian Kurz bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu vurğulayıb.