YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuz rayonunda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun qadın seçicilərlə görüşü küçirilib

Tovuz rayonunda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun qadın seçicilərlə görüşü küçirilib.

Görüşü Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı Qadınlar Şurasının sədri Aybəniz Dəmirova açaraq əvvəlcə ölkəmizdə həyatında keçirilən gender siyasətinin uğurlarından, qadınların ictimai-siyasi həyatda fəal iştirakından danışıb. O, həmçinin, konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri şərtləndirən amillər barədə məlumat verib, onun ölkəmiz və xalqımız üçün əhəmiyyətindən bəhs edib.

Sonra YAP Tovuz rayon təşkilatının və "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Tovuz rayon şöbəsinin sədri Məzahir Bayramov Referendum Aktı layihəsi barədə danışıb, eyni zamanda ölkəmizdə qadınların ictimai- siyasi proseslərdə iştirakları üçün geniş şərait yaradılmasından, 2000 - ci ildə Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanından, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkədə qadınların fəal mövqeyinin gücləndirilməsi üçün gördüyü işlərdən və onların uğurlu nəticələrindən danışıb. O, rayon qadınlarının hər zaman ictimai- siyasi proseslərdə fəal iştirak etdiklərini, Prezident İlham Əliyevin həyata keçirdiyi siysəti dəstəklədiklərini, 26 sentyabrda kçiriləcək referendumda bunu bir daha təsdiqləyəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən Sevda Səfərova, Arifə Abbasova, Aybəniz Hacıyeva görüş iştirakçılarını və onların timsalında rayonun bütün qadınlarını təhlükəsizliyə, firavanlığa, inkişafa və onların davamına səs verməyə, Referendum Aktı layihəsinə "HƏ"" deməyə çağırıblar.