YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,8 faizi sənayeyə sərf edilib

Ötən səkkiz ayda əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6 milyard 547,1 milyon manat, bank kreditləri 884,4 milyon manat, büdcə vəsaitləri 1 milyard 150,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 97,7 milyon manat, əhalinin şəxsi vəsaitləri 294,6 milyon manat, sair vəsaitlər 24,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, cari ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,8 faizi sənayeyə, 15,6 faizi tikinti, 8,7 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1,8 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1 faizi təhsilə, 0,9 faizi informasiya və rabitəyə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,7 faizi səhiyyə, 0,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,3 faizi ticarət, hər birində 0,1 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf olunub.