YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın milli maraqlarını və dövlətçilik ideallarını ifadə edir

«Azərbaycan cəmiyyəti ölkəmizin Konstitusiyasına dair Referendum Aktını zamanın sifarişi kimi qəbul etmişdir. Çünki Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi,  ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən  müasir proseslər dövlət idarəetməsi istiqamətində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İsa Həbibbəyli deyib.  

İ.Həbibbəyli bildirib ki, Azərbaycan  müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və geniş miqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Onun sözlərinə görə,  inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də öz növbəsində böyük inkişafa təkan vermişdir.

«Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək  üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Möhtərəm Prezidentimiz  İlham Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir. Dövlət başçısı  tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə yol açır.  Əslində təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir. Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın milli maraqlarını və dövlətçilik ideallarını ifadə edir»- deyə, İ.Həbibbəyli vurğulayıb.