YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan demokratik prinsiplər əsasında inkişaf edir

«Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zamanın tələbindən irəli gəlir. Bu dəyişikliklər  ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, Azərbaycanın  sürətli inkişafına xidmət edir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki,  Azərbaycan demokratik prinsiplər əsasında inkişaf edir. Onun sözlərinə görə, demokratik, sosial-iqtisadi inkişaf Konstitusiya islahatlarını da şərtləndirir.

«Konstitusiya dəyişikliklərində əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Bu dəyişikliklər ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir»- deyə, R.Rzayev vurğulayıb.