YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Ağcabədi rayonunda seçicilər ilə görüşü keçirilib

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Ağcabədi rayonunda seçicilər ilə növbəti görüşü keçirilib.

 Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayon şöbəsinin  sədri Rövşən Əhmədov deyib ki, təklif olunan əlavə və dəyişikliklər ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə, dövlət idarəçiliyinin daha da gücləndirilməsinə xidmət edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev son illərdə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətləri, o cümlədən iqtisadi, sosial, siyasi, mədəni, idman həyatında qazanılan uğurları diqqətə çatdıraraq bu uğurlar fonunda Konstitusiyaya əlavə və dəyişikliklərin zərurətə çevrildiyini söyləyib. Onun sözlərinə görə, təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətinin daha da inkişafına, dövlət müstəqilliyinin daha etibarlı qorunmasına, idarəetmənin daha da təkmilləşdirilməsinə və digər mühüm məqsədlərə xidmət edir. Daha sonra çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin siyasətində Azərbaycan dövlətinin qüdrətlənməsi, onun müstəqilliyinin və təhlükəsizliyinin qorunması, bütün sahələrdə Azərbaycan xalqının mənafeyinin nəzərə alınması, güzəranın yaxşılaşdırılması məsələlərinin mühüm yer tutduğunu qeyd edərək Referendum Aktı layihəsində təklif olunan əlavə və dəyişikliklərin də məhz bu hədəflərə yönəldiyini vurğulayıb. O əmin olduğunu bildirib ki, ağcabədilili seçicilər Referendum Aktına səs verəcəklər.

 Görüşdə həmçinin, "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri  Rövşən  Bayramov və Radə Qafarova çıxış edərək referendumda  Ağcabədi saeçicilərinin fəal iştirak edəcəklərini bildiriblər.