YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan" təşviqat qrupu Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüş keçirib.

Görüşü giriş sözüi ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri və Yeni Azərbaycan" təşviqat qrupu Cəbrayıl rayon şöbəsinin rəhbəri Arif Fərzəliyev Konstitusiya Aktı layihəsində yer alan əlapvə və dəyişikliklərlə bağlı məlumat verib. İrəli sürülən maddələrin olduqca böyük əhəmiyyətə malik olduğunu dilə gətirən A.Fərzəliyev Cəbrayıl rayonundan olan seçiciləri dövlətçiliyimizin inkişafı naminə səsvermədə iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən millət vəkili Astan Şahverdiyev  ölkə Konstitusiyasının yaranma tarixindən, o vaxtdan bu günə qədər aparılan islahatlarından bəhs edib. Millət vəkili, ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd edib: "Təklif edilən əlavə və dəyişikliklər daha səmərəli dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur. Vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub".

Sonra çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov Konstitutsiyada nəzərdə tutulan əlavə və dəyişikliklərin xalqımızın rifahının yüksəlişinə xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən Qarabağ Əlilləri, Veteranları, Şəhid Ailələri ictimai birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov Cəbrayıl rayonundan olan seçicilərin ölkəmizin dinamik inkişafını təmin edəcək bu əlavə və dəyişiklikləri dəstəkləyəcəyinə inamını ifadə edib.

Tədbirdə çıxış edən seçicilər ümumxalq səsverməsində hamılıqla iştirak edəcəklərini dilə gətiriblər.

 

DİGƏR Xəbərlər Arxiv