YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunda qadın seçicilərlə görüşü keçirilib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunda qadın seçicilərlə görüşü keçirilib

Yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

“Yeni Azərbaycan” Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğunu vurğulayaraq seçiciləri sentyabrın 26-da daha fəal olmağa, səsvermə məntəqələrinə gələrək referenduma “HƏ” deməyə dəvət ediblər. Millət vəkilləri əminliklə söyləyiblər ki, ucarlılar həmişə olduğu kimi 26 sentyabrda da fəallıq göstərəcək, bununla da ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini nümayiş etdirəcəklər.

Görüşdə seçicilərdən Yaqut Zeynalova və Səidə Ələkbərova Konstitusiyada edilən dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə “HƏ” deyəcəklərini bildiriblər.