YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi Azərbaycan təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında "Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək  gənclərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən  bəhs edərək bildirib ki, növbəti referendumun keçirilməsi ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addımdır. «Əminəm ki, hər bir Azərbaycan vətəndaşı kimi siz gənclər də bu referendumda aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz»- deyə, T.Tağıyev vurğulayıb.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Konstitusiyasına təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini deyib. O bildirib ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyir. S.Orucov Nərimanov rayon gənclərini 26 sentyabrda fəal olmağa və Referendum Aktına səs verməyə çağırıb.

Sonra Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək gənclərin referendumda fəal iştirak edəcəklərinə əminliklərini ifadə ediblər.

Fəal gənclər Günay İmanova və Tamerlan Əkbərov da çıxışlarında Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıblar.