YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan ” təşviqat qrupunun Quba şəhərində seçicilərlə görüşü keçirilib

Referendum üzrə “Yeni Azərbaycan ” təşviqat qrupunun Quba şəhərində seçicilərlə görüşü keçirilib.

750 nəfər seçicinin qatıldığı tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin deputatı Yevda Abramov iştirak edib. 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, sentyarın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-referendum bütövlükdə ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Y.Abidov bütün seçiciləri səsvermə günü fəal olub, Referendum Aktını dəstəkləməyə dəvət edib.

Görüşdə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev seçicilərə Referendum Aktında yer alan müddəlar haqqında məlumat verib. B.Quliyev bildirib ki, Konustitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə əks olunan müddəalar hazırki dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığını və sabitliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək: "Bütövlükdə nəzərdə tutulan dəyişikliklər Azərbaycanın müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədi güdür. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu naliyyətlər hər bir azərbaycanılıda qürur hissi doğurur".

Görüşdə çıxış edən millət vəkili Yevda Abramov Konstitusiya islahatlarının əhəmiyyətindən söz açıb. O bütün Azərbaycan xalqını, eləcə də Quba seçicilərini səsverməyə dəvət edib.