YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabul şəhərində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun qadın seçicilərlə görüşü keçirildi

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Hacıqabul şəhərində qadın seçicilərlə görüşü keçirildi.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının Qadınlar Şurasının sədri Zeynəb Əsgərova çıxış edərək bildirdi ki, Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə daha geniş şəkildə iştirakının təmin edilməsini tələb edir. Eyni zamanda, bu dəyişikliklər ilk növbədə idarəçilik sisteminin çox sürətlə dəyişən reallıqlara çevik reaksiya verməsini şərtləndirən məsələlərdir: «Bu baxımdan hesab edirəm ki, sentyabrın 26-da ölkə Prezidentinin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendum Azərbaycanın son illər ərzində keçdiyi uğurlu yolun məntiqi nəticəsidir. Konstitusiya islahatları insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir».

Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının üzvü Balaxanım Ələskərova bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələr insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Bu bir həqiqətdir ki, Konstitusiya islahatları yeni inkişaflar üçün hüquqi əsaslar yaradacaqdır.

YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının üzvü Cəmilə Ağamalıyeva bildirdi ki,  müasir dövrdə siyasi və iqtisadi proseslərin mürəkkəbliyi nəzərə alınaraq, dövlətin təhlükəsizliyini və cəmiyyətdə sabitliyi gücləndirmək məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi üçün konstitusion əsasların yaradılması zərurətə çevrilmişdir. Konstitusiyaya təklif olunan dəyişikliklər son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Ona görə də hər bir seçici bu prinsiplərdən çıxış edərək referendumda fəal iştirak etməli və dəyişikliklərə «hə» deməlidir.

Tədbirdə çıxış edən digər qadın seçicilər də Konstitusiyaya  təklif edilən dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildirdilər.