YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kannda Azərbaycan Mədəniyyəti Günləri “Euronews” telekanalında

Bu gün, iyulun 11-də “Euronews” telekanalında Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışına həsr edilmiş videoçarx göstərilmişdir. Bu videoçarxda tədbirin açılış mərasimində iştirak edən ali rütbəli qonaqları görmək olar. Təntənəli açılış mərasimi böyük Azərbaycan müğənnisi və musiqiçisi Müslüm Maqomayevin ifasında əfsanəvi “Azərbaycan” mahnısının sədaları altında atəşfəşanlıqla başa çatmışdır.

Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə iyulun 8-də başlanmış “Azərbaycan – zəngin ənənələr və işıqlı gələcək diyarı” şüarı altında keçirilən mədəniyyət günləri iyulun 31-dək davam edəcəkdir. Kannda keçirilən tədbirlər çərçivəsində muğam sənəti, klassik musiqi və caz nümunələri, Azərbaycan mətbəxi və müasir incəsənət sərgiləri təqdim ediləcəkdir.

Kannda Azərbaycan Mədəniyyəti Günləri müddətində 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar tədbirlər də keçirilir.