YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Bu ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam edərək, 2,3 milyard manat məhsul istehsal olunub

Bu ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam edərək, 2,3 milyard manat məhsul istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

H.Əsədov bildirib ki, bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunub. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil edib.

“Cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olub. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olub. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxıb”.

H.Əsədovun sözlərinə görə, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə hesabat dövrü ərzində “Aqrolizinq” ASC tərəfindən 2000 başa yaxın iri buynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin edilib.