YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Referendum uğurla keçəcək və hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirəcək

«Azərbaycanın qarşısında duran ən mühüm vəzifələr dayanıqlı inkişafı qoruyub saxlamaq, xalqın rifahını durmadan yüksəltmək, ərazi bütövlüyünü bərpa etmək, dövrün mühüm çağırışlarına hazır olmaq və vaxtında cavab verməkdir». Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, referendumun hazırlanması və keçirilməsi müəyyən müddət, zəhmət və prosedur qaydalarına əməl edilməsini tələb edən prosesdir. Onun sözlərinə görə,  Yeni Azərbaycan Partiyası bu sahədə zəngin təcrübəyə malikdir.

«Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan xalqının etimad göstərdiyi rəhbər və dünyada tanınmış bir siyasi xadimdir. Vətəndaşlarımızın rifahının yüksəlməsinə, dünya siyasi arenasında layiqli yerini tutmasına öz töhfəsini vermiş cənab İlham Əliyev müstəqil Azərbaycanın daha da güclənməsi üçün bütün imkanlardan istifadə edir. Azərbaycan xalqı öz rəhbərinə birmənalı inanır və bu referendum da dövlət başçısının təşəbbüsü ilə keçirilir. Əgər cənab İlham Əliyev hansısa məsələni gündəmə gətiribsə, demək, bu, yalnız xalqın mənafeyinə xidmət edir! İnanıram ki, bütün bu məsələlərdə daim dövlət başçısına dəstək olan xalqımız bu dəfə də dünyanın ən nüfuzlu liderlərindən olan cənab İlham Əliyevin təşəbbüsünə müsbət münasibət bildirəcəkdir! Referendum uğurla keçəcək və hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirəcəkdir! Beləliklə, ölkə ictimaiyyəti növbəti dövrdə Azərbaycanın bütün təhlükələrdən qorunması, inkişafı, qarşıya qoyulan vəzifələrin uğurla icrası üçün öz töhfəsini vermiş olacaqdır!»- deyə, B.Sadıqov vurğulayıb.