YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban Əliyeva: Ümidvaram ki, gələcəkdə də Fransa Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, suverenliyini dəstəkləməkdə davam edəcək

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrin 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, sürətlə inkişaf edən ölkəmiz bu gün Fransa –Azərbaycan əməkdaşlığına böyük əhəmiyyət verir. Mən çox şadam ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir. Həm dövlət, həm qeyri-dövlət qurumları, ictimai qurumlar arasında əlaqələr qurulur və ikitərəfli münasibətlər möhkəmlənir. Təkcə son 5 il ərzində Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 13 qardaşlaşma sazişi imzalanıb. Bu proses nəticəsində regionlar arasında həm mədəni, həm iqtisadi əlaqələr qurulur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi qalır. Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Fransa fəal iştirak edir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Ümidvaram ki, gələcəkdə də Fransa münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh və ədalət yolu ilə həllində öz səylərini göstərəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, suverenliyini dəstəkləməkdə davam edəcək.

“Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq tamamilə yeni bir səviyyəyə qaldırılıb. Yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Müluz şəhərinin Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq kafedrası açılıb” – deyə, Mehriban xanım Əliyeva bildirib.

Mehriban xanım Əliyevanın sözlərinə görə, təməli Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland tərəfindən qoyulmuş Fransız liseyi bu gün artıq Bakıda ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Çox şadam ki, bu ilin sentyabrında Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlayıb.

“Mən əminəm ki, humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr bizim xalqlarımızı bir-birinə daha yaxın edir, daha yaxşı tanıdır və Fransa–Azərbaycan əməkdaşlığının, Fransa-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət edir. Məhz ona görə biz belə layihələri Fransada həyata keçirməyə çalışırıq ki, ölkəmizi tanıdaq. Mən bir daha bu işdə bizə dəstək olan hər bir insana dərin minnətdarlığımı bildirirəm” - deyə, Mehriban xanım Əliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv