YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Laçın rayon şöbəsi qadın seçicilərlə görüş keçirib

"Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Laçın rayon şöbəsi qadın seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan millət vəkili Mahir Abbaszadə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışan Mahir Abbaszadənin sözlərinə görə, Azərbaycan son 13 ildə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasət nəticəsində ölkəmizin əldə etdiyi böyük iqtisadi nailiyyətlər, o cümlədən, sosial, humanitar, idman, beynəlxalq əlaqələrin genişlənməsi və digər bütün istiqamətlərdə qazanılan uğurlar Əsas Qanunumuzda əlavə və dəyişikliklərin edilməsini şərtləndirir. Millət vəkili qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycanın gələcəyi, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.

Çıxışında Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu, qadınların dövlət idarəçiliyində təmsil olunduğunu və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdikdlərini deyən millət vəkili əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktı layihəsinə səs verəcəklər. Mahir Abbaszadə bu prosesdə laçınlı qadınları da fəal olmağa çağırıb. 
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Qadınlar Şurasının sədri Solmaz Məhərrəmova bildirib ki, Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratiyanın inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir”.

Daha sonra qadın seçicilərdən Nəcibə Hətəmova, Reyhan Hümbətova, Tamella Məmmədova, Lütfiyyə Cabbarova çıxş edərək bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə gələrək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıblar.