YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Regionların tarazlı sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də davam etdiriləcək

«Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən proqramlar uğurla icra edilir. Bu proqramlar bölgələrin tarazlı inkişafını şərtləndirir». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, həmin proqramların icrası çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə  və digər xidmətlərin səviyyəsi yüksəlib. Onun fikrincə, regionların tarazlı sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də davam etdiriləcək.

«Belə ki, regionların sosial-iqtisadi inkişafına dair artıq icrası uğurla başa çatan iki Dövlət Proqramının davamı olaraq 2014-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı qəbul edilib. Yeni Dövlət Proqramında qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, rabitə xidmətlərinin, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması və s. istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub»- deyə, komitə üzvü vurğulayıb.