YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Qəbələdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar  “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri Qəbələ rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçiriblər.

“Yeni Azərbaycan” təşviqat qrupunun Qəbələ rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov gənclərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin təqdim edilməsi müasir dövrün tələbindən irəli gələn addımdır. A.Ağasəfov bildirib ki, Konsitutsiyaya təklif olunan əlavə və dəyişikliklər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə hesablanan mütərəqqi addımdır.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər haqqında geniş məlumat verib. V.Rəhimzadə qeyd edib ki, ümumilikdə 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulub ki, bunların da hamısı birmənalı olaraq xalqımızın milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların müdafiə olunmasına xidmət edir.

Çıxış edən gənclərdən Səidə Bədəlova, Ayaz Ağalı, Lalə Ağamirzəli sentyabrın 26-da keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini dilə gətiriblər. Gənclər, həmçinin dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.

Sonda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə gəncləri maraqlandıran bir sıra sualları cavablandırıb.

 

DİGƏR Xəbərlər Arxiv