YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Kürdəmir rayonunda qadın seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu Kürdəmir rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində qadınlarla görüş keçirib. 

Görüşdə YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Hacıyeva Referendum Aktı barəsində seçicilərə məlumat verib. O, bildirib ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi şübhəsizdir: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyev demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparır, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir. Bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir. Ona görə də əminliklə söyləyirəm ki, Ulu Öndər siyasi kursuna hər zaman sədaqət nümayiş etdirən qadın seçicilərimiz bütün seçkilərdə olduğu kimi, referendumda da aktivlik nümayiş etdirərək təklif olunan layihənin lehinə səs verəcəklər". 

Sevda Hacıyeva 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda məntəqələrə gələrək Azərbaycanın inkişafı naminə Konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə “Hə” deməyə səsləyib.

Görüşdə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək Konstitusiyaya təklif olunan 29 maddədə əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Təklif olunan dəyişikliklərin yaranma zərurəti, əhəmiyyəti barədə danışan  millət vəkili söyləyib ki, Referendum Aktında yer alan müddəalar ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir: "Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər bir addım Azərbaycan dövlətinin və xalqımızın  uğurlu gələcəyinə istiqamətlənib. Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri nəzərdən keçirdikdə aydın görünür ki, həmin maddələr ölkə vətəndaşlarının daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Ona görə də sentyabrın 26-da keçiriləcək referendumda xalqımızı daha aktiv olmağa səsləyirəm".

Görüşdə YAP Kürdəmir rayon təşkilatının və "Yeni Azərbaycan” Təşviqat Qrupunun Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli çıxış edərək Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək, bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr verəcəyini bildirib və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən rayon qadınlarından Elmira Şıxəliyeva, Qəndaf Zülfüqarova və Dürriyə Seyidova vurğulayıblar ki, vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin inkişafı parlaq gələcəyi naminə və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək konstitusiyada edilən dəyişikliklərə “Hə” deyəcəklər.