YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun qadın seçicilərlə görüşü keçirildi

Sentyabrın 15-də Beyləqan Rayon Mədəniyyət Sarayında «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçici qadınlarla görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişikliklər dövlətimizin daha da inkişaf etməsi üçün mühüm şərtdir.

Ona görə də biz siz qadınları 26 sentyabrda seçki məntəqələrinə dəvət edərək Konstitusiya islahatlarına səs verməyə çağırırıq.

Görüşdə çıxış edən  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin deputatı Şahin İsmayılov Konstitusiya islahatları barədə bildirdi ki,  bu, zamanın diktəsidir və  biz gecikmədən həmin müsbət dəyişiklikləri həyata keçirməliyik. Xüsusən Konstitusiyanın 29-cu maddəsinə təklif olunan daha bir əlavə sosial ədalət və torpaqlardan səmərəli istifadəni nəzərdə tutur. Belə ki, burada torpaqdan səmərəsiz istifadənin qarşısı alınmaqla ölkədə işgüzarlıq mühitinin artırılması və xüsusən qeyri-neft sektorunun özəyi olan kənd təsərrüfatının inkişafı prioritet məsələ kimi irəli sürülür.

Şahin İsmayılov təklif olunan digər dəyişikliklər barədə də seçicilərə məlumat verdikdən sonra onları ümumxalq səsverməsində daha da fəal olmağa və Konstitusiya islahatlarını dəstəkləməyə səslədi. O əmin olduğunu bildirdi ki, beyləqanlı qadınlar Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklər.

Görüşdə çıxış edən ictimai fəal Gülbəniz Cəfərova təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək  Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədi. Onun sözlərinə görə, bu gün Azərbaycan  dövləti inkişaf edir, sivil dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Bu səbəblərdən də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları  bu dəyişikliklərə yekdilliklə səs verəcəklər. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib. O cümlədən bütün seçkilərdə fəallıq nümayiş etdirən beyləqanlı qadınlar sentyabrın 26-da da dövlətimizin gələcəyi naminə Konstitusiya islahatlarına səs verməlidirlər».

Digər çıxışçı Aynur İbrahimova da təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək  Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədi.