YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir

«Qarşımızda həm siyasi, həm sosial, həm də iqtisadi sahələrdə yeni islahatların aparılması kimi vəzifələr var. Bu islahatlar indiyə qədər əldə olunmuş nailiyyətlərin bazasında həyata keçirlir. Təbii ki, bütün bu proseslər Azərbaycan Konstitusiyasında müəyyən yeniliklərin edilməsini zərurətə çevirib. Məncə, sentyabrın 26-da keçiriləcək referendumun mahiyyətinin əsasında bu faktor dayanır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun tərkibində yerlərdə insanlarla görüşür, onlara Konstitusiya islahatlarının mahiyyətini izah edir və onları referendumda fəal iştirak etməyə çağırırıq. «Onu da qeyd edim ki, vətəndaşların konstitusiya islahatlarına münasibəti müsbətdir. İnsanlar ona görə bu məsələyə müsbət yanaşırlar ki, bu təkliflərin təşəbbüskarı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevdir. Bütövlükdə, Konstitusiya dəyişiklikləri Azərbaycanın inkişafına, sabitlik və rifaha xidmət edir. Mən bütün seçiciləri sentyabrın 26-da fəal olmağa və konstitusiya dəyişikliklərinə səs verməyə çağırıram. İnanıram ki, belə də olacaq»- deyə, M.Həsənov vurğulayıb.