YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq səsverməsi ilə əlaqədar Naftalanda seçicilərlə görüş keçirilib

Referendum üzrə “Yeni Azərbaycan” və “Bələdiyyə” təşviqat qrupları Naftalan şəhərində seçicilərlə görüş keçirib.

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi-referendumla əlaqədar keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, millət vəkili Mahir Aslanov, Naftalan şəhər YAP Qadınlar şurasının sədri Afət Cabbarova və digərləri iştirak ediblər.

26 sentyabr 2016-cı iltarixdə keçiriləcək referendumla bağlı seçicilərə ətraflı məlumat verən millət vəkili Mahir Aslanov söyləyib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çox saylı uğurlar dayanır.

 O qeyd edib ki, biz bu inkişafın davamlı olması üçün 26 sentyabrda keçiriləcək Referendumda aktiv olmalıyıq. İnkişafın yolu dəyişməkdən, dəyişməyin hüquqi bazası isə ümumxalq səs verməsindən keçir. Dahi lider Heydər Əliyev hər zaman xalqına arxalanıb, xalq isə hər zaman Ulu Öndərə dəstək olub. İnanıram ki, Naftalan seçiciləri Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinə göndərilərək müsbət rəy alan Referendum Aktı layihəsinə "Hə" deyəcəklər.

Naftalan şəhər YAP Qadınlar şurasının sədri Afət Cabbarova çıxış edərək seçiciləri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Sonda S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov çıxış edərək Konstitusiyanın 23 maddəsində dəyişiklik, həmçinin əlavə ediləcək 6 yeni maddələr barədə seçicilərə geniş məlumat verib. O həmçinin qeyd edib ki, naftalanlı seçicilər bütün seçkilərdə və referendumlarda olduğu kimi bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcək, dəyişikliyə “HƏ” deyəcək, bununla da ölkəmizin prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini nümayiş etdirəcəklər.