Partiya xəbərləri
YAP Qadınlar Şurasının qadın seçicilərlə görüşü keçirilib

YAP Xətai rayon təşkilatınının qərərgahında sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qadın seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Sədaqət Vəliyeva açdı. O, bildirdi ki, tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.
Çıxış edənlərdən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri , YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Mehriban Abasquliyeva, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini, YAP Nərmanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbarahimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova və YAP Xətai rayon təçkilatı Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verdilər.
Sonda tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.