YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Həsən Hami: Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağam

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Həsən Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.

Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. O, Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Nazir ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

 

DİGƏR Xəbərlər Arxiv