YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Siyəzən rayon qadınları ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Siyəzən rayon qadınları ilə görüşü keçirilib.

İclası giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Milli Məclisin deputatı Tahir Süleymanov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini bildirib.

O, konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıb: "Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf müşahidə olunur və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır".

T.Süleymanov müxtəlif illərdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin xalqımızın dəstəyi ilə qəbul edildiyini və növbəti referendumun da məhz xalqımız tərəfindən yüksək etimadla baş tutacağına əminliyini ifadə edib.

DİGƏR Xəbərlər Arxiv