YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzlular Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər

Sentyabr ayının 9- da "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Tovuz rayon şöbəsi seçicilərlə növbəti görüşünü rayonun Qaraxanlı kəndində keçirib.

Görüşdə Xatınlı, Qədirli, Cilovdarlı,  Aşağı Mülkülü, Əlimardanlı və Hunanlar kəndlərindən olan seçicilər iştirak ediblər.

Tədbiri "Yeni Azərbaycan" təşviqat qrupunun Tovuz rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov,  Bakı Dövlət Universiteti Qazax filialının dosenti Məmməd Yusifov, təşviqat qrupunun üzvüləri Mücaməddin Axundov, Səyyad Yusifov və digərləri çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişiklikləri şərtləndirən amilərdən danışıblar. Qeyd olunub ki, bu dəyşikliklər son illərdə ölkəmizdə aparılan siyası və iqtisadi islahatların davamı olmaqla dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçən islahatların dərinləşməsinə və səmərəliliyinin artmasına yönəlib.

Çıxış edənlər eyni zamanda Konstitusiyaya təklif edilən 23 dəyişikliyin və əlavə olunacaq 6 maddənin hər birinin izahını verib, onların cəmiyyətimizə, vətəndaşlarımıza və dövlətimizə gətirəcəyi faydaları, yenilikləri şərh ediblər.

Görüşdə çıxış edən seçicilərdən Hunanlar kənd sakini Surxəddin Cəfərov, Aşağı Mülkülü kənd sakini Zirəddin Ələkbərov və Qaraxanlı kənd sakini Nəriman Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini qeyd edərək sentyabrın 26- da seçki məntəqələrinə gedərək bunu bir daha nümayiş etdirəcəklərini və Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini bəyan ediblər.