YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstan iqtisadiyyatına 146 milyon dollar investisiya yatırıb

Cari ilin ikinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 146 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırıb.

Gürcüstan Milli Statistika Ofisinin məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan məcmu investisiyanın 33 faizinə bərabərdir.

Bu göstərici ilə Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında birinci yerdədir.

Azərbaycandan sonra ikinci yerdə 64 milyon dollarla (14%) Böyük Britaniya, üçüncü yerdə isə 36 milyon dollarla (8%) Çexiya qərarlaşıb.

Məlumatda bildirilir ki, ölkə iqtisadiyyatına ümumilikdə 445 milyon dollar xarici sərmayə yatırılıb. Bunun əsas hissəsi (39,33% və ya 175 milyon dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Gürcüstana 137 milyon dollar yatırıb.