YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronlu seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyirlər

26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı “Yeni Azərbaycan” təşviqat qrupu Abşeron rayonunda təbliğat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının və “Yeni Azərbaycan” təşviqat qrupunun Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev keçiriləcək referendumla bağlı Abşeron rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib. “Yeni Azərbaycan” təşviqat qrupunun “HƏMRƏY OLAQ, HƏ DEYƏK!” devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən B.Vəliyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını deyib.

Sonra Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov Konstitusiyaya əlavə və dəyişiklər barədə gənclərə ətraflı məlumat verərək bildiriblər ki, Konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi ilə bağlı məqamlar yer alır.

Tədbirdə çıxış edən Abşeron gəncləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.