YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xızılılar Referenduma "HƏ" deyir

26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Xızı rayonunda seçicilərlə görüş keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qazetinin baş redaktoru Bəhruz Quliyev, Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov, Bakı Dövlət Unversitetinin Hüquq fakultəsinin dekanı professor Əmir Əliyev, hüquq elimləri doktoru Əfsər Sadıqov, rayon ziyalıları, gənclər və digərləri iştirak ediblər.