YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Kürdəmir rayonunun Şıxımlı kəndində seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Kürdəmir rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Şıxımlı kənd klubunun qarşısında seçicilərlə görüş keçirib. 

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının və “Yeni Azərbaycan” təşviqat qrupunun Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan Konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb.

Ağali Kərimli Kürdəmir rayon seçicilərinin hər zaman fəal olduğunu və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda da məntəqələrə gələrək Azərbaycanın inkişafı naminə Konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə “Hə” deməyə səsləyib.

Görüşdə “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Vüsal Hüseynov çıxış edərək Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsinin günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək, bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr verəcəyini, ümumxalq səsverməsi-Referendumda hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacibliyini vurğulayıb. 

Çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodika Mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov söyləyib ki, Azərbaycanın 1995-ci ildə qəbul etdiyi Konstitusiyadan indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolundan və bu gün konstitusiyaya əlavə və dəyişiklik etmək zərurətinin labüdlüyündən danışıb: "Bütün seçkilərdə olduğu kimi bu dəfəki referendumda da vətəndaşlarımızı onlara yaradılan demokratik mühitdən istifadə edərək dövlətimizin inkişafı naminə səs verməyə çağırıram".

Çıxış edən kənd sakinləri vurğulayıblar ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri xalq tərəfindən hər zaman dəstəklənir: "Əminəm ki, xalqımız bu dəfə də ölkə başçısının ətrafında sıx birləşib, bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək seçki məntəqələrinə gəlib konstitusiyada edilən dəyişikliklərə “hə” deyəcək".