YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Yevlaxda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Yevlaxda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib. 

Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının qərargahında keçirilən görüşü giriş sözü ilə YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri Əli Quliyev gənclərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğundur.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. O diqqətə çatdırıb ki, 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. İlham Məmmədov vurğulayıb ki, referenduma çıxarılan məsələlərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı bilavastə bizim hüquq və azadlığımızın mükəmməlləşməsinə xidmət edir. Buna görə də hər kəs bu Referendumda öz münasibətini bildirməlidir.

YAP Yevlax şəhər təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər biz gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz bunu çox yaxşı dərk edərək gənclər olaraq həmrəy olub, təklif olunan dəyişikliklərə “hə” deyəcəyik”. Ümumilikdə seçkilərdə fəal iştirak edəcəyik"

Görüşdə ilk dəfə səsverəcək gənclərdən Aslan Mirzəyev, Çəmən Bayramova, Maksud Süleymanlı və başqaları çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsi - Referendumda yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə hə deyəcəklərini bildiriblər.