YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qordon Birrell: "Şahdəniz-2" layihəsi üzrə işlərin 77 faizi tamamlanıb

"Şahdəniz-2" layihəsi üzrə aparılan işlərin 77 faizi tamamlanıb.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell sentyabrın 7-də BP şirkətində keçirdiyi brifinqdə deyib. "Biz gördüyümüz işlərdən çox razıyıq. Bizim həyata keçirdiyimiz əməliyyatlar üçün 15 milyard dollar həcmində müqavilələr imzalanıb. Bu günədək 10 quyu qazılıb. Tək bizim həyata keçirdiyimiz əməliyyatlara Azərbaycandan 24 min nəfər işçi cəlb olunub. Bu işçilərin 80 faizi - Azərbaycan vətəndaşlarıdır. Ümumilikdə isə 40 min insan layihəyə cəlb olunub".