YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Kəlbəcər rayon şöbəsi Gəncə şəhərində seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Kəlbəcər rayon şöbəsi Gəncə şəhərində seçicilərlə görüş keçirib. 

Görüşdə ilk dəfə səs verən gənclər də iştirak edib.

Görüşü Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov açaraq bildirib ki, ölkəmiz müstəqillik illərindən başlayaraq seçki və Referendumların keçirilməsində zəngin təcrübə qazanıb: "1991-ci ildən indiyədək ölkəmizdə 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə seçkiləri keçirilib. Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Əsas Qanunumuz Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də təyin olunmuş üçüncü referendumda qəbul edilib. Ötən dövrdə Konstitusiyaya zəruri əlavə və dəyişikliklərin edilməsi üçün 2002 və 2009-cu illərdə ümumxalq səsvermələri keçirilib. Prezident İlham Əliyev dövrün tələblərini, mövcud reallıqları və beynəlxalq təcrübəni nəzərə alaraq Konstitusiyada üçüncü dəfə əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə referendum aktının layihəsi hazırlanıb və Dövlət Başçısının sərəncamı ilə 2016-cı il sentyabrın 26-na ümumxalq səsverməsi-Referendum təyin edilib. Hər birinizi həmin gün səsverməyə dəvət edirəm".

Daha sonra çıxış edən təşviqat qrupunun üzvü Mehparə Kazımova bildirib ki, Konistitusiya qanunvericiliyi cəmiyyətin inkişaf mərhələsinə, iqtisadi sosial siyasi və mədəni səviyyəsinə uyğun olmalıdır: "Ölkəmiz inkişaf edir və bu, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə zərurət yaradır".

Daha sonra çıxış edən natiqlər təklif olunan əlavə və dəyişikliklərin Azərbaycan xalqının və dövlətimizin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıblar.