YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu Ağstafada ilk dəfə səs verəcək seçicilərlə görüş keçirdi

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirildi. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verdi.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin deputatı  Nizami Cəfərov qeyd etdi ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağstafa rayon Gənclər Birliyinin sədr müavini Elvin İmaməliyev ilk dəfə səs verən gənclərə öz gələcək fəaliyyətlərində uğurlar dilədi və qeyd etdi ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər biz gənclərin gələcəyi üçün nurlu bir işıqdır. Biz gənclər həmrəy olub təklif olunan dəyişikliklərə hə deyəcəyik.

İlk dəfə səs verəcək gənclərdən Kamran Quliyev, Aslan Musayev, Vidadi Musayev, Elşən Cəfərov və başqaları ayrı-ayrılıqda çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsi-referendumda yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildirdilər.