YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"DP World": Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik

Bakı Avrasiyanın koordinasiya mərkəzi olmaq üçün bütün zəruri imkanlara malikdir.

Bunu "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi deyib.

O bildirib: "Biz Bakını Avrasiyanın koordinasiya mərkəzinə çevirmək istəyirik. İnanırıq ki, sizin bunun üçün zəruri olan yüksət texnologiyalarınız və resurslarınız var. Bizim isə təcrübəmiz var. Bütün bunları birləşdirərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanını vahid güclü kommersiya strukturuna çevirə bilərik".