YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun nümayəndələri Yevlaxda qadın seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Yevlax şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib. 

Tədbiri Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova açaraq bildirib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin  gələcəyini müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və bu günün tələbidir: Bu baxımdan Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətin məhz insan haqlarının qorunmasına həsr edilib. Biz buna çox sevindirik.  Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verildiyinin əsas göstəricisidir”.

Qadın seçicilərlə görüşdə çıxış edən "Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov bildirib ki, təklif edilən bütün dəyişikliklər gələcəyimizə istiqamətlənib: "Hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Yevlax rayonunun seçiciləri bu işdə aktiv olub, öz gələcəyinə səs verəcək”.

YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev isə qeyd edib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: “Bunu nəzərə alaraq, hər kəsi eləcə də Yevlax şəhərinin seçicilərini ümumxalq səsverməsi- Referenduma dəvət edirəm.Biz Prezidentimizin ətrafında yumruq kimi birləşmişik. 26 Sentyabrda bir daha həmrəy olub Referenduma hə deyəcəyik".

Daha sonra çıxış edən seçicilər təklif olunan əlavə dəyişiklikləri dəstyəklədiklərini dilə gətirərək, seçkidə fəal iştirak edəcəklərini vurğuladılar.