YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Konstitusiya islahatları Azərbaycanın demokratik inkişafına xidmət edir

«Konstitusiya islahatları Azərbaycanın demokratik inkişafına xidmət edir. Ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında hüquqi dövlətin təməllərinin gücləndirilməsinə, idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm məsələlər yer alıb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, ötən müddət ərzində Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Bu inkişaf yolu hələ 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi isə respublikamızın ən çətin dövrlərində olduğu kimi bu gün də öz bəhrəsini verməkdədir. Onun sözlərinə görə, davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb.

«Eyni zamanda, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlar ölkəmizin öz milli maraqları olan müstəqil bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirib. Gənc müstəqil respublika olmasına baxmayaraq, ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə isə azərbaycançılıq ideyası əsasında müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar, əsaslı yeniliklər sayəsində respublikamız, sözün əsl mənasında, müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib. İnanırıq ki, bu siyasi strateji inkişaf xəttinin qarşıdan gələn illərdə də uğurla davam etdirilməsi ilə Azərbaycan daha yüksək zirvələr fəth edəcək. Məhz Konsititusiya islahatları da bu prosesdə mühüm rol oynayacaq və Azərbaycanın demokratik imicinin möhkəmlənməsinə, tərəqqi, sabitlik və təhlükəsizliyə xüsusi töhfələr verəcək»- deyə, A.Naxçıvanlı qeyd edib.