YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Giorgi Kvirikaşvili: Azərbaycan bizim strateji tərəfdaşımızdır

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz SOCAR ilə çox yaxşı əməkdaşlıq edirik. SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır.

Bu bəyanatla Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili sentyabrın 6-da keçirilən beynəlxalq konfransda çıxış edib.

Baş nazir deyib ki, Gürcüstanın təbii qaza olan tələbatının başqa ölkələrdən alınan “mavi yanacaq” hesabına ödəniləcəyi barədə söhbətlərin heç bir əsası yoxdur. Gürcüstan təbii qaza olan tələbatını Azərbaycandan aldığı “mavi yanacaq” hesabına ödəyəcək.

G.Kvirikaşvili deyib: “Bu il Gürcüstanın təbii qaza olan tələbatı 2 milyard 422,9 milyon kubmetr proqnozlaşdırılıb. Bu da 2015-ci illə müqayisədə 0,8 faiz çoxdur. Tələbatımızın ödənilməsi üçün nəzərdə tutulan təbii qazın 2 milyard 156,8 milyon kubmetrinin əsas qaz təminatçımız olan Azərbaycandan almağı nəzərdə tutmuşuq. Qalan hissəni isə Rusiyadan Ermənistana daşınan qazın nəqlindən almaq niyyətindəyik”.

Baş nazirin sözlərinə görə, Gürcüstanın öz yeraltı ehtiyatları hesabına 15,6 milyon kubmetr qaz əldə edəcəyi gözlənilir.