YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun nümayəndələrinin növbəti görüşü Qaradağ rayonunun Qobustan qəsəbəsində keçirilib

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təbliğat və təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Qaradağ rayonunun Qobsutan qəsəbəsinin seçiciləri ilə keçirilib.

"Həmrəy olaq HƏ deyək" şüarları ilə başlayan görüşdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. A.Hüseynov deyib ki, son 5 ildə ölkəmizdə həyata keçirilən böyük layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində geniş islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində qazanılan nailiyyətlər məhz bu dəyişikliklərin Əsas qanunumuzda təsbit olunmasını zəruri edir.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sədaqət Vəliyeva qeyd edib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək: "Biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq".

Görüşdə çıxış edən seçicilərdən - Qobustan qəsəbə sakini Allahverdi Məmmədov, qəsəbə Aqsaqqallar Şurasının sədri Əliyusif  Əliyev və digərləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.