YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun üzvlərinin iştirakı ilə Zaqatala rayonun Dağlı kəndində referendumla bağlı yığıncaq kecirilib

Bu gün Zaqatala rayon Dağlı kəndində "Yeni Azərbaycan" təşviqat qrupunun sentyabrın 26-a təyin olunmuş referendumla bağlı yığıncağı kecirilib.  yığıncaqda 300 nəfər iştirak edib.

Tədbiri Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov acıb. Sədr Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklərlə bağlı geniş məlumat verərək bildirib ki, ümumxalq səsverməsi - referendum zərurətdən yaranmış bir addımdır. Bu maddələr insan hüquq və azadlıqladıqlarının qorunmasına, sahibkarlıq fəaliyyətinin inkişafına, Azərbaycan dövlətinin daha da inkişaf etməsinə, idarəçilik mexanizminin daha da təkmilləşməsinə və s. xidmət edir.

Görüşdə YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Vəfa Süleymanova, rayon təşkilatının aparat rəhbəri Ramin Həsənov, Zaqatala şəhər bələdiyyəsinin sədri Nurəli Əhmədov referendumda dəyişikliklərlə bağlı ətraflı məlumat veriblər. Kənd ağsaqqalları və ziyalıları çıxış edərək hər bir Dağlı kənd seçicilərinin 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək bu dəyişikliklərin hər bir maddəsinə HƏ deyəcəklərini bildiriblər.