Xəbərlər
"Yeni Azərbaycan" təşviqat qrupunun Şabran rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına uğurlu start verib

Bu gün sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Şabran rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib.
Şabran rayonu ərazisində fəaliyyət göstərən 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının 46 məntəqəsinin hər birində "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun təbliğat materiallarının yapışdırılmasına başlanılıb.
Təbliğat materiallarının yapışdırılması hər qrupda 3 nəfər olmaqla 4 qrup tərəfindən həyata keçirilib.