YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu "Həmrəy olaq, Hə deyək!" devizi ilə Gəncədə təşviqat kampaniyasına uğurla start verib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu "Həmrəy olaq, Hə deyək!" devizi ilə təşviqat kampaniyasına başlayıb. Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Gəncə şəhər şöbəsi də referendumla bağlı çevik, operativ fəaliyyət göstərir, qərargah üzvləri, könüllülər, fəallar bu kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün tam səfərbər edilib, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar. "Yeni Azərbaycan" təşviqat qrupunun Gəncə şəhər şöbəsi və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin verdiyi məlumata görə, təbliğat-təşviqat kampaniyası 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə müəyyən olunmuş xüsusi yerlərdə təşviqat plakatlarını asmaqla başlanılıb. Konstitusiyaya edilən dəyişikliklər və əlavələrlə bağlı hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da ictimaiyyətə çatdırılacaq.

DİGƏR Xəbərlər Arxiv