YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Koreyalı mütəxəssislər Azərbaycanda “Elektron hökumət” üzrə Təlim Mərkəzi yaradırlar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanda “Elektron hökumət” üzrə Təlim Mərkəzinin yaradılması layihəsi çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam etmişdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 17-dək davam edəcək səfərin məqsədi Bakı Təlim Mərkəzinin yaradılması üçün zəruri informasiya texnologiyaları avadanlığının quraşdırılmasıdır.

Təlim mərkəzi dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyasının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.

Layihə ilə bağlı qrant razılaşması ötən il Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmışdır. İki il müddətində həyata keçiriləcək layihə üçün KOICA 3 milyon 700 min ABŞ dolları məbləğində qrant ayırmışdır.

Razılaşmaya əsasən Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda e-hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulmuşdur. Mərkəz vasitəsi ilə dövlət qulluqçularının informasiya-kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin göstərilməsi planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv