Xəbərlər
Sentyabrın 19-dan 21-dək Bakıda İranın ixtisaslaşmış sərgisi keçiriləcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/6a6f6265b04b3954dceadfa958f8e704.jpg&w=360)
Sentyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində İran İslam Respublikasının sayca ikinci ixtisaslaşmış sərgisi keçiriləcək.
“İran Project 2016” adlı sərgidə İranın neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə şirkətləri öz məhsullarını nümayiş etdirəcək.