YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Nikaraquanın xarici işlər nazirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezi qəbul etmişdir.

Xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olmasının önəmini vurğulayan dövlətimizin başçısı gələcəkdə bu cür səfərlərin intensivləşəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirdi. Nazir Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

 

DİGƏR Xəbərlər Arxiv