YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sədrinin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardı qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov avqustun 30-da Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardı partiyanın mənzil qərargahında qəbul edib. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Sədrinin müavini Əli Əhmədov Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. Öz növbəsində, xanım Malena Mard Avropa İttifaqının Azərbaycanla kənd təsərrüfatı, təhsil, energetika və digər sahələrdə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Görüşdə, həmçinin sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.