YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Paul Amann ilə görüş keçirilib

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva avqustun 30-da Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat departamentinin direktoru Paul Amannı partiyanın mənzil qərargahında qəbul edib. 

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv