YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis nümayəndə heyəti Türkiyəyə səfər edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılış mərasimində iştirak etmək üçün avqustun 25-də Türkiyəyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 1408 metrdir. Körpü dünyanın ən geniş və uzun rels sisteminə malik “asma körpü”sü olacaq. Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

Açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və nazirlər qatılacaqlar. Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri də gözlənilir.

Mərasim ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Səfər avqustun 27-də başa çatacaq.