YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB-yə üzv ölkələrin xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək

Sentyabrın 2-də Moskvada MDB-yə üzv ölkələrin xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək.

Toplantı BMT Assambleyasının 71-ci sessiyasının gündəliyinə həsr olunacaq. Qeyd edək ki, qurumun Baş Assambleyasının 71-ci sessiyası sentyabrın 13-26-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahında baş tutacaq.

Sessiyanın gündəliyinə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət və GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq, təhlükəsizlik və inkişaf üçün fəsadları ilə bağlı qətnamə layihələri də salınıb.